22:23 14-05-2020
news_image
195
FUTBOL

Baş məşqçi məsələsi dəqiqləşdi - PSJ-də

PSJ-də baş məşqçi Tomas Tuxelin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Fransa klubu təcrübəli mütəxəssisi postunda saxlamaq qərarını verib.

Koronavirus pandemiyası səbəbindən 215 milyon avro pul itirən Paris təmsilçisi Tuxelə 10 milyon avroluq təzminat ödəməyə hazır deyil. Bu üzdən idman direktoru Leonardo baş məşqçi postuna namizəd olan Massimiliano Alleqri ilə danışıqlara son qoyub. PSJ-ni gələn mövsüm də Tuxel çalışdıracaq.

Qeyd edək ki, 2018-ci ildən PSJ-yə rəhbərlik edən Tomas Tuxelin dönəmində komanda 2 dəfə Fransa çempionu olub. Parislilər eyni zamanda koronavirus səbəbindən dayandırılan Çempionlar Liqasında 1/4 finaldadır.