22:55 14-05-2020
news_image
43
FUTBOL

İbrahimoviç ikinci dəfə testdən keçdi

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç koronavirus testindən keçib.

Apasport.az saytının məlumatına görə, mayın 11-də İsveçdən İtaliyaya qayıdan 38 yaşlı forvardın ikinci testi də mənfi nəticələnib.

Bu üzdən veteran futbolçuya klubun bazasını tərk etməyə və karantinin qalan dönəmini evində keçirməyə icazə verilib. İbra növbəti 7 günü evində təcrid vəziyyətində keçirəcək. O, kollektivlə məşqə başlamazdan əvvəl qan analizi verəcək və tam tibbi müayinədən keçəcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A seriyasının iyunda bərpa olunması gözlənilir. Klublar mayın 18-dən məşqlərə başlaya biləcəklər.