23:01 14-05-2020
news_image
134
FUTBOL

Klubun forma sponsoru oldu - Harri Keyn

"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərənin II liqa klubu "Leyton Orient"in sponsoru olub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu adıçəkilən komandanın istifadə etdiyi 3 dəst formaya baş sponsorluq edəcək.

"Leyton Orient"in ev formasının üzərində "həkimlərə minnətdarlıq" yazılacaq. Klub bununla koronavirus pandemiyası dövründə əziyyət çəkən tibb işçilərinə təşəkkürünü çatdıracaq. Aşağı liqa təmsilçisi İngiltərə millisinin üzvünə forma satışından 10 faiz endirim edəcək.

Qeyd edək ki, Harri Keyn 2011-ci ili icarə əsasında "Leyton Orient"in heyətində keçirib.