23:49 14-05-2020
news_image
89
FUTBOL

Karantin qaydalarını pozur - paytaxt klubu

İtaliyanın "Latsio" klubu koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin qaydalarını pozur.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə "Corriere della Sera" nəşri çıxış edib.

Bildirilib ki, paytaxt təmsilçisi meydanda fərdi məşqlərlə yanaşı, kollektiv hazırlıqlar, hətta ikitərəfli oyun da keçirir. Halbuki ölkədə klubların yalnız mayın 18-dən məşqləri bərpa edə biləcəyi ilə bağlı qərar verilib.

Məsələyə aydınlıq gətirən "Latsio"nun həkimi İvo Pulçini hər şeyə nəzarət etdiyini bildirib: "Bir nəfərdə test müsbət çıxdığı üçün bütün komandanı karantinə almaq axmaq qərar olar. Komandamızda kimsə bu virusa yoluxsa, onu karantinə alacağam, sonra digər oyunçuları testdən keçirəcəyəm. Əgər sağlamdırlarsa və testlər mənfi nəticələr göstərərsə, niyə onlara xəstə kimi yanaşmalıyam".

Qeyd edək ki, İtaliya A seriyasının iyunun əvvəllərində bərpa olunması gözlənilir.