11:36 15-05-2020
news_image
173
FUTBOL

Sanço üçün onları satır – “Çelsi”

“Çelsi” Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sançonun transferi üçün büdcə formalaşdırmağa çalışır.

Apasport.az saytının məlumatına görə, London klubu tələb olunan məbləğin toplanmasından ötrü iki futbolçusunu transferə çıxarıb.

Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Temue Bakayoko və hücumçu Alvaro Moratanı satmaq qərarına gəlib. Hazırda “Monako”da icarə əsasında çıxış edən Bakayokonun sərbəst qalma məbləği 40 milyon funt-sterlinq olsa da, fransızlar həmin məbləği ödəmək fikrində deyillər. PSJ-nin gündəmində olan oyunçunu ingilislər 31 milyona satmağa hazırdır.

Moratanı isə hazırda icarə əsasında formasını geyindiyi “Atletiko” 48 milyon funt-sterlinqə almağı planlaşdırır. “Çelsi” bu iki transferdən 80 milyon funt-sterlinq qazanmağa və həmin məbləği Sançonun keçidinə ayırmağa çalışır.