12:22 15-05-2020
news_image
175
FUTBOL

9 klub məşqlərin bərpasından imtina etdi – A seriyasında

İtaliyanın A seriyasının 9 klubu məşqlərin mayın 18-də bərpa olunmasından imtina edib.

Apasport.az saytının məlumatına görə, buna klubların liqanın tətbiq edəcəyi tibbi prosedurlardan narazılığı səbəb olub.

Məşqlərdən imtina edənlər “Milan”, “İnter”, “Napoli”, “Fiorentina”, “Kalyari”, “Atalanta”, “Verona”, “Sampdoriya” və “Cenoa”dır. Onlar tibbi protokolda yer alan şərtlərdən narazıdır. Belə ki, qoyulan şərtə əsasən əgər klubun bir futbolçu və ya əməkdaşında koronavirus aşkarlanarsa bütün komanda 15 günlük karantinə yollanmalıdır.

İtaliya klubları məşq prosesinin Bundesliqa nümunəsi ilə bərpa olunmasını istəyir. Almaniyada yalnız koronavirusa yoluxan karantinə yollanır, digərləri isə müvafiq testdən keçir.