12:34 15-05-2020
news_image
95
FUTBOL

“Qalatasaray”da daha bir koronavirus – məşqlər dayandırıldı

“Qalatasaray”da növbəti koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun “Florya Mətin Oktay” bazasında çalışan bir nəfərin testi müsbət nəticələnib.

Bundan dərhal sonra baş məşqçi Fatih Terimin tapşırığı ilə baza dezinfeksiya üçün bağlatdırılıb. Eyni zamanda “cim-bom”un məşqi 6 günlük dayandırılıb.

Qeyd edək ki, “Qalatasaray”da bundan əvvəl Fatih Terim və vitse-prezidentlər koronavirusa yoluxub və müalicə alaraq sağalıblar.