12:46 15-05-2020
news_image
71
FUTBOL

“Çempionatların iyunda bərpası inandırıcı deyil” - UEFA-nın sabiq vitse-prezidenti

UEFA-nın sabiq vitse-prezidenti və FİFA-nın İdarə Heyətinin keçmiş üzvü Şenez Erzik Avropa ölkələrində çempionatların bərpa olunması məsələsinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, hər iki qurumun fəxri üzvü olan Erzik koronavirus pandemiyası səbəbindən dayandırılan liqaların davam etdiriləcəyinə inanmadığını deyib.

Türkiyə Futbol Federasiyasının da fəxri prezidenti olan 78 futbol adamı avqustdan tez oyunların keçiriləcəyini zənn etmir: “Hazırkı gedişat ürəkaçan deyil. Əksər komandalarda koronavirus testi müsbət çıxıb. Buna biganə yanaşmaq olmaz. Çempionatların iyun ayında bərpası inandırıcı görünmür. Fikrimcə, avqustun sonlarına yaxın oyunların keçirilməsi mümkün olacaq”.

Qeyd edək ki, Belarus istisna olmaqla Avropanın bütün ölkələrində çempionatlar dayandırılıb. Bəzi ölkələrdə mövsüm başa çatdırılıbsa, Almaniya Bundesliqasının sabah bərpa olunması gözlənilir.