14:36 15-05-2020
news_image
106
FUTBOL

"Qalatasaray”ın prezidenti evə buraxıldı - YENİLƏNİB

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz xəstəxanadan ayrılıb.

Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl beynindən əməliyyat olunan klub rəhbəri bu gün evə buraxılıb.

Cengizin müayinəsi evində davam etdirilib. Onun həkimi Uğur Türe İstanbul təmsilçisinin prezidentinin beynində 3 şiş təmizlədiklərini bildirib.
***

13:27

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz bu gün xəstəxanadan buraxılacaq.

Apasport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Mayın 7-də 10 saatlıq beyin əməliyyatı keçirən klub rəhbəri bir neçə dəqiqədən sonra xəstəxananı tərk edəcək. Cengizin müayinəsi bundan sonra evində davam etdiriləcək.

Qeyd edək ki, halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengizin daha bir neçə əməliyyat keçirməsi gözlənilir.