15:13 15-05-2020
news_image
155
FUTBOL

“Real”dan havayı gedə bilərlər – koronavirusa görə

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə problemi ilə üzləşən “Real” bunu sığortalamaq üçün bir neçə futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, rəhbərliyin “qara siyahı”sında yer alanlar arasında yarımmüdafiəçi Hames Rodriges və hücumçu Qaret Beyl də var.

Hətta adıçəkilən oyunçular klubu havayı da tərk edə bilərlər. Əgər “transfer dönəmi”ndə onlar üçün təklif gəlməsə, madridlilər yüksək maaş səbəbindən Beyllə Rodrigesin müqaviləsinə xitam verməyi düşünür. Hazırda hər iki oyunçu İngiltərə klublarının maraq dairəsindədir.

Qeyd edək ki, “Real” koronavirus pandemiyası ucbatından futbolçuların maaşlarının 30 faizini kəsib.