15:39 15-05-2020
news_image
488
FUTBOL

“Essyen özünü ulduz kimi aparmır” - Rahid Əmirquliyev

“Essyen qış fasiləsindən sonra yaxşı forma yığmışdı. Təkcə o yox, bütün komanda mövsümün ikinci yarısında uğurlu çıxış etməyə başlamışdı”.

Bunu apasport.az saytına “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib.

Bakı təmsilçisinin tanınmış futbolçusu Maykl Essyenin çıxışına münasibət bildirən milli komandamızın üzvü onun meydandan kənarda özünü kollektivdən ayırmadığını söyləyib: “Essyen kollektiv daxilində çox sadədir, özünü ulduz kimi aparmır, hamı ilə zarafatlaşır. Onun təcrübəsindən yararlanmalıyıq. Xüsusən də, gənc futbolçular ondan çox şey götürməlidirlər. Essyen özü də gənclərə başa salır, çox şey öyrədir”.

Qeyd edək ki, “Çelsi”nin sabiq futbolçusu Maykl Essyen ötən ilin martından “Səbail”in formasını geyinir.