17:13 15-05-2020
news_image
95
FUTBOL

Qısamüddətli müqavilə - “Mançester Siti”də

İngiltərənin “Mançester Siti” klubu ispaniyalı futbolçusu David Silva ilə qısamüddətli müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, anlaşması iyunun 30-da başa çatan yarımmüdafiəçi mövsümün sonunadək nəzərdə tutulan razılaşmaya imza atacaq.

Tərəflər Silvanın koronavirus pandemiyası üzündən yarımçıq qalan mövsümü komandada başa vurması barədə razılıq əldə edib. Bunun 34 yaşlı futbolçu üçün “şəhərlilər”in heyətində son mövsüm olacağı gözlənilir.

Qeyd edək ki, FİFA yayda başa çatan müqavilələrin qarşılıqlı razılaşma ilə mövsümün sonunadək uzadılmasına icazə verib.