17:46 15-05-2020
news_image
140
DİGƏR NÖVLƏR

Böyük Britaniyada iki mərhələ - “Formula-1” razılıq əldə etdi

“Formula-1”in sahibləri ilə Böyük Britaniya Qran-Prisinin təşkilatçıları arasında danışıqlar başa çatıb.

Apasport.az saytının məlumatına görə, tərəflər “Silverstoun” trasında iki mərhələ keçirmək barədə razılıq əldə edib.

Hər iki mərhələnin azarkeşsiz keçirilməsi, həmçinin buna görə təşkilatçılara veriləcək kompensasiyanın məbləği də müəyyənləşib. Öz aralarında razılaşan “Formula-1”lə təşkilatçılar Böyük Britaniya hökuməti ilə danışıqlar aparır. Buna səbəb ölkəyə gələnlərə ikihəftəlik karantinin tətbiqi ilə bağlı qərarın qəbul olunmasıdır.