
10:50
"Napoli"nin hücumçusu Dris Mertensin yeni klubunun adına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu "İnter"lə anlaşıb.
"Neradzurra" Belçika millisinin forvardı ilə şəxsi müqaviləni razılaşdırıb. Milan təmsilçisi 33 yaşlı oyunçuya 2 illik müqavilə və ilinə 5 milyon avro maaş təklif edib. Bundan əlavə Mertens 4 milyon avroya yaxın mükafat da qazana bilər.
Qeyd edək ki, "Napoli" ilə müqavilə müddəti iyunun sonuna qədər olan Dris Mertens cari mövsüm 29 oyunda 12 qol, 6 assistlə yadda qalıb.