00:09 16-05-2020
news_image
173
FUTBOL

Premyer Liqadan təklif - "Yuventus"un futbolçusuna

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo mövsümün sonunda klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı orta sahə oyunçusunun İngiltərə Premyer Liqasında oynamaq variantı yaranıb.

Koronavirus pandemiyasının yaratdığı maliyyə problemi səbəbindən maaşının azaldılmasına qarşı çıxan və bu üzdən düşərgəyə gec qoşulan Fransa millisinin üzvünü turinlilər satmağı planlaşdırırlar. Onun xidmətində maraqlı olan "Nyukasl" qarşı tərəfə artıq rəsmi təklif göndərib. "Sağsağanlar" bu keçid müqabilində 29 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Adrien Rabyo "Yuventus"a mövsümün əvvəlində PSJ-dən keçib.