00:18 16-05-2020
news_image
195
FUTBOL

“Bavariya”ya keçiddən imtina edir – “Barselona” üçün

Niderlandın “Ayaks” klubunun futbolçusu Serjinyo Dest karyerasını İspaniyada davam etdirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı müdafiəçinin mövsümlərarası fasilədə “Barselona”ya keçəcəyi iddia olunur.

Almaniya “Bavariya”sının maraq dairəsində olan futbolçunun Münhen təmsilçisinə keçiddən imtina edəcəyi gözlənilir. O, bu addımı Kataloniya klubuna keçmək üçün atacaq. Hərçənd Bundesliqa təmsilçisi hələ qışdan onu sıralarına qatmaq istəyir.

Qeyd edək ki, Dest koronavirus pandemiyası üzündən yarımçıq başa çatan Niderland çempionatının son mövsümündə 20 oyun keçirib.