23:30 15-05-2020
news_image
113
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov toparlandı: Ardıcıl 3 qələbə

İlk dünya çempionu Vilyam Steynitsin xatirəsinə həsr olunan onlayn şahmat üzrə beynəlxalq turnirin ilk oyun gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turnirdə qüvvəsini sınayan 10 şahmatçı 6 turda qüvvəsini sınayıb.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov turnirə uğursuz başlayıb. Çinli Bu Sanji ilə heç-heçənin ardından qrossmeysterimiz rusiyalı Danil Dudov və dünya çempionu norveçli Maqnus Karlsenə uduzub. 

Bundan sonra toparlanan Şəhriyar ardıcıl 3 qələbə qazanıb. O, rusiyalı Peter Svidler, vyetnamlı Le Kuanq Lyen və ABŞ təmsilçisi Ceffti Xionqa qalib gəlib.

Beləliklə, şahmatçımız günü 6 mümkün xaldan 3,5 xalla başa vurub. O, ilk gündən sonra 4-cü pillədə yer alıb. Yarışın lideri Karlsenin 4, Dudovla Sanjinin hərəyə 3,5 xalı var.

Qeyd edək ki, mayın 16-17-də şahmatçılar daha 6 turun görüşlərini keçirəcək.