10:29 16-05-2020
news_image
48
FUTBOL

Daha iddialı klubda oynamaq istəyir – “Napoli”nin müdafiəçisi

İtaliyanın “Napoli” klubunun futbolçusu Kalidu Kulibalinin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, seneqallı müdafiəçi mövsümlərarası fasilədə A seriyası təmsilçisini tərk edəcək.

28 yaşlı futbolçu mükafatlar uğrunda mübarizə aparmaq gücündə olan iddialı klubda oynamaq istəyir. Bu səbəbdən də Kalidu klub rəhbərliyindən onu transferə çıxarmağı xahiş edib.

Onu heyətində görmək istəyən klublar arasında İngiltərə “Mançester Yunayted”i də var. Premyer Liqa klubu müdafiəçi üçün 88,5 milyon funt sterlinq verməyə hazırdır.

Qeyd edək ki, Kulibali cari mövsüm 21 oyun keçirib.