11:22 16-05-2020
news_image
186
FUTBOL

Fransa klubları turnir keçirir – Qətərdə

Koronavirus pandemiyası üzündən yarımçıq başa çatan Fransa Liqa1-də çıxış edən aparıcı klublardan bəzilərinin iştirakı ilə turnir keçirilməsi planlaşdırılır.

Apasport.az saytının məlumatına görə, Qətərdə təşkil olunacaq yoldaşlıq turnirində 4 komanda iştirak etməlidir.

Bunlar PSJ, “Lion”, “Lill” və “Sent-Etyenn”dir. İyulda keçirilməli olan turnir PSJ-nin Çempionlar Liqasının bərpa olunacaq həlledici oyunlarına, digərlərinin yeni mövsümə hazırlığına xidmətə hesablanıb.

Bütün qarşılaşmaların Dohada keçirilməsi planlaşdırılır. Hələlik Qətərə giriş qadağan olunsa da, iyula qədər vəziyyətin dəyişəcəyi gözlənilir.