12:43 16-05-2020
news_image
89
FUTBOL

Konfederasiyadan qadağalar

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra bir sıra qadağa və məhdudiyyətlər tətbiq edəcək.

Apasport.az saytının məlumatına görə, qurum Libertadores kuboku ilə bağlı qərar verib.

Matçlar zamanı futbolçuların topu öpməsi, futbolkaları dəyişməsi, tüpürmək və burnu üfürmək qadağan olunub. Matçlardan əvvəl komandalar arası ənənəvi vımpel dəyişmək proseduru da ləğv ediləcək. Futbolçu və məşqçilər suyu şəxsi qablarda içəcək. Oyun sonrası mətbuat konfransı və miks zonada iştirak zamanı maska ilə olmaq zəruridir.

Qeyd edək ki, Libertadores kuboku martda dayandırılıb.