13:32 16-05-2020
news_image
162
FUTBOL

“O, qatildir” – Kyellini Ronaldo barədə

"Kriştianunun oyun üslubu gənc olduğu vaxtlarla müqayisədə dəyişib. O, qatildir”.

Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Yuventus” klubunun futbolçusu Corco Kyellini deyib.

Təcrübəli müdafiəçi komanda yoldaşı Kriştianu Ronaldo barədə fikirlərini açıqlayıb. Öldürücü zərbələrinə görə hücumçunu qatilə bənzədən Kyellini portuqaliyalının güclü rəqiblərə qarşı daha motivasiyalı olduğunu gizlətməyib: “Ronaldo böyük oyunlarda iştirakı sayəsində daha təcrübəli olub. Ola bilər ki, kiçik komandalarla görüşlərdə o qədər parlaq oyun göstərmir. Amma böyük klublarla qarşılaşmalar zamanı o inanılmazdır. Kriştianu Çempionlar Liqası zamanı daha da artırır. Matçların vacibliyini və gərginliyi hiss edir. Bu, onun mühərrikini daha da qızışdırır”.

Qeyd edək ki, Ronaldo cari mövsüm A seriyasının 22 matçında 21 qol vurub.