14:34 16-05-2020
news_image
169
FUTBOL

Aleksander Çeferin: "Liqalardan 80 faizi mövsümü başa çatdıracaq"

“Düşünürəm ki, liqalardan 80 faizi mövsümü başa çatdıracaq. Hər kəs öz seçimində azaddır”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı koronavirus pandemiyası üzündən yarımçıq dayanan milli çempionatlar barədə fikirlərini açıqlayıb: “Çempionlar Liqası və Avropa Liqasının baş tutmayan oyunlarına gəlincə, matçların tarixlərini təsdiqləməli olan İcraiyyə Komitəsinin qərarlarını gözləməliyik. Əgər heç nə dəyişməsə və indiki kimi qalsa, avqustda başa çata biləcəyini deyə bilmərəm”.