
00:44
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, milliləşən legioner koronavirus pandemiyası üzündən dayandırılmış 2-ci Bundesliqasından sonra meydana çıxıb.
O, çıxış etdiyi “Aue”nin “Sandhauzen”lə ev görüşündə forma geyinib. Start heyətində yer alan futbolçu 5-ci dəqiqədə penaltidən hesabı açıb. 69 dəqiqə meydanda olan Nazarovun komandası 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 26 oyunda 37 xal toplayan “Aue” 5-ci sırada yer alıb.