13:11 17-05-2020
news_image
404
FUTBOL

“Vicdanım imkan verməz” – AFFA-nın milliləşmə təklifinə cavab

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyn Açar Azərbaycan milli komandasında oynamaqdan imtinasının səbəbini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ötən il AFFA-dan milliləşdirmə ilə bağlı təklif alan və imtina edən 25 yaşlı yarımmüdafiəçi təmsilçilərimizin israrlı olmasını da vurğulayıb.

Açar imtinasını Türkiyə yığmasına olan sevgisi ilə izah edib: “Yeganə xəyalım milli komandada oynamaqdır. “Kayserispor”u Super Liqada saxlayıb, miliyə getsəm, xəyalım gerçəkləşəcək. Millinin çalışdırıcısı Şenol Günəş məşqçimizlə danışaraq mənimlə maraqlanıb, bəyəndiyini bildirib. Hələ mövsüm başlamamış Azərbaycan millisində oynamaq təklifi aldım. Amma mən “ay-ulduzlu” formanı geyinməyi xəyal edirəm. Orada da oynaya bilərdim. Amma vicdanım qəbul etməz. Onlara heç vaxt “hə” demədim. Çox israr etdilər, amma mən “ay-ulduzlu” formanı geymək istəyirəm”.

Qeyd edək ki, 2018-ci ildən “Kayserispor”da oynayan futbolçu öncə “Əskişəhərspor”, “Göztəpə” və “Tokatspor”da forma geyinib.