13:43 17-05-2020
news_image
149
FUTBOL

Futbolçu qətlə yetirildi - 19 yaşında

İngiltərənin “Harlou Taun” klubunun futbolçusu Fransua Kablan qətlə yetirilib.

Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə Londonda baş verib.

Küçədə gerçəkləşən dava əsnasında 19 yaşlı idmançı bıçaqlanıb. O, aldığı yaralardan yerində ölüb.

Qətldə şübhəli bilinən 3 kişi və 1 qadın saxlanılıb. Onlardan ən böyüyünün 20 yaşı var. Saxlanılanlardan ikisi zaminə buraxılıb.

Qeyd edək ki, Kablan “Harlou Taun” klubunun əvəzedici komandasının üzvü idi.