14:35 17-05-2020
news_image
119
FUTBOL

“Aston Villa” futbolçusuna qiymət qoydu – 80 milyon

İngiltərənin “Aston Villa” klubunun futbolçusu Cek Qrilişin qiyməti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yarımmüdafiəçisini yayda satacağı qiyməti açıqlayıb.

Birminhem klubu Qriliş üçün 80 milyon funt sterlinq istəyir. Bu məbləğ “Aston Villa”nın Premyer Liqada qalmasına yardım etməlidir.

Qeyd edək ki, Qrilişi bir neçə klub almaq istəyir. Onlar arasında “Mançester Yunayted” də yer alıb.