14:47 17-05-2020
news_image
112
FUTBOL

Qrup məşqlərinə icazə verildi - İspaniyada

İspaniya klublarına qrup halında məşqlərə icazə verilib.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın mətbuat xidməti açıqlayıb.

Klubun rəsmi saytında yer alan informasiyaya əsasən koronavirus pandemiyası üzündən tam məşq edə bilməyən komandalar mayın 18-dən hazırlıq keçə biləcək. Lakin məhdudiyyətlər tam aradan qaldırılmayıb. İndiyədək bazalarda fərdi məşq edən futbolçular sabahdan 10 nəfərlik qruplarla çalışacaq.

Qeyd edək ki, İspaniya çempionatı martda dayandırılıb. La Liqanın iyunun 12-də bərpa olunacağı gözlənilir.