15:09 17-05-2020
news_image
102
FUTBOL

Çempionatın bərpa vaxtı bilindi - İranda

Koronavirus pandemiyası üzündən dayandırılan İran çempionatının bərpa vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, cənub qonşularımız yarışın qalan hissəsinə Ramazan ayından sonra başlayacaq.

Bütün qarşılaşmalar tamaşaçısız keçiriləcək. Səhiyyə nazirinin müavini İrac Harirçı bildirib ki, müzakirələrdən sonra belə qərar verilib: “Biz İdman Tibbi Federasiyası ilə toplantı keçirib mövsümün bərpasını müzakirə etdik. Necə ki, La Liqa, A seriyası, Bundesliqa bunu etməyə çalışır. Bizim 9 həftəmiz qalıb. Oyunları 6 həftəyə keçirə bilərik. 3 həftə isə komandaların hazırlığına gedəcək”. 

Qeyd edək ki, martda dayandırılan İran çempionatının başa çatmasına 9 tur qalıb.