22:25 17-05-2020
news_image
101
FUTBOL

Levandovski “40”i fəth etdi: Ardıcıl 5-ci dəfə

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski mövsümdə 40-cı qolunu vurub.

Apasport.az saytının məlumatına görə, polşalı hücumçu Bundesliqanın XXVI turunun “Union”la görüşündə (2:0) hesabı açmaqla yubiley topuna imza atıb.

Bu qollardan 26-sı çempionat, 3-cü kubok, 11-i Çempionlar Liqasında vurulub. Levandovski həm də Bundesliqanın bombardiridir.

Polşalı forvard ardıcıl 5 mövsümdür 40 və ya daha çox qol vurur. Onun şəxsi rekordu isə 43 dəfə fərqləndiyi 2016/17 mövsümündə qeydə alınıb.