22:47 17-05-2020
news_image
137
FUTBOL

Futbolçularını dəyişir - “Barselona” və “Yuventus”

İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klubları futbolçularını dəyişməklə bağlı ilkin razılıq əldə edib.

Apasport.az saytının məlumatına görə, anlaşmaya əsasən La Liqa təmsilçisinin müdafiəçisi Nelson Semedu karyerasını Turin klubunda davam etdirməlidir.

Əvəzində yarımmüdafiəçi Miralem Pyaniçlə Mattia De Şilyo “Barselona”ya keçəcək. Bundan başqa, turinlilər daha 25 milyon avro ödəyəcək. “Yuventus”un hər iki futbolçusu “Barselona” ilə şəxsi müqaviləni də razılaşdırıb.

Qeyd edək ki, oyunçuların klublarını dəyişməsi mövsümlərarası fasilədə rəsmiləşməlidir.