10:30 18-05-2020
news_image
280
FUTBOL

“Atletiko”nun bacarmadığı 10 klub - “Qarabağ” da var

“Atletiko”nun tarixi ərzində avrokuboklarda heç vaxt məğlub edə bilmədiyi komandaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi indiyə qədər iki oyundan ibarət matçlarda 10 komandaya qalib gələ bilməyib.

Madrid klubunun biləyini bükə bilmədiyi klublar arasında “Qarabağ” da var. 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la “Atletiko” Bakıda 0:0, Madriddə isə 1:1 hesablı bərabərliyə imza atıb.

“Qarabağ”la yanaşı, “Atletiko”nun üstələyə bilmədiyi digər komandalar “Ayntraxt”, “Aris”, “Dinamo” (Drezden), “Syon”, “Bolton”, “Lans”, “Derbi”, APOEL və “Tottenhem” olub. Madridlilər ilk 4 komandaya hər iki matçda uduzubsa, “Bolton”, “Lans” və “Tottenhem”ə bir dəfə yenilib, “Derbi” və APOEL-lə hər iki oyunda bərabərə qalıb.