11:54 18-05-2020
news_image
116
FUTBOL

Ən yaxşı gənc “11-lik” - Bundesliqada

Almaniya Bundesliqasında çıxış edən ən yaxşı gənc futbolçulardan ibarət simvolik “11-lik” müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, siyahıya yalnız 21 yaşadək olan oyunçular salınıb.

Ən yaxşı gənclər Dortmund “Borussiya”sı və “Bayer”də toplaşıb. Adıçəkilən komandaların 3 oyunçusu rəmzi komandaya düşüb. “Şalke” və “Leypsiq”in 2, “Bavariya”nın isə 1 üzvü heyətdə özünə yer edə bilib.

Bundesliqanın ən dəyərli gənc futbolçusu Ceydon Sançodur. “Borussiya”nın hücumçusunun transfer dəyəri 117 milyon avrodur.

Qapıçı: Markus Şubert (“Şalke”: 1,8 milyon avro)
Müdafiəçilər: Alfonso Devis (“Bavariya”: 45 milyon), İbraima Konate (“Leypsiq”: 40,5 milyon), Dayo Upomekano (“Leypsiq”: 45 milyon), Əşrəf Hakimi (“Borussiya” Dortmund: 54 milyon)
Yarımmüdafiəçilər: Ezekyel Palasios (“Bayer”: 22,5 milyon), Ueston Makkenni (“Şalke”: 20 milyon), Kay Haverts (“Bayer”: 81 milyon)
Hücumçular: Ceydon Sanço (“Borussiya” Dortmund: 117 milyon), Leon Beyli (“Bayer”: 29,5 milyon), Erlinq Haland (“Borussiya” Dortmund: 72 milyon)