13:05 18-05-2020
news_image
100
TOP OYUNLARI

Cordanın ayaqqabısı 560 min dollara satıldı - hərracda

Milli Basketbol Assosiasiyasının (MBA) əfsanəvi basketbolçusu Maykl Cordanın ayaqqabısı satılıb.

Apasport.az saytının məlumatına görə, Cordanın 1985-ci ildə “Çikaqo” ilə MBA-dakı ilk mövsümündə geyindiyi ayaqqabı hərraca çıxarılıb.

“Sotheby” şirkətinin internet vasitəsilə satışa çıxardığı oyun ayaqqabısı gözləniləndən 4 dəfə baha - 560 min dollara satılıb. Bu, həm də bir cüt ayaqqabı üçün verilən ən yüksək məbləğ kimi rekord qırıb.

Qeyd edək ki, Maykl Cordan karyerası ərzində 6 dəfə (1991–1993, 1996–1998) MBA çempionu olub.