14:24 18-05-2020
news_image
183
FUTBOL

Dadaşovun komanda yoldaşına təklif

“Vulverhempton”un hücumçusu Raul Ximenes mövsümün sonunda Avropa nəhənglərindən birinə keçə bilər.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı forvard bir neçə klubun diqqət mərkəzindədir.

Meksikalı futbolçu artıq “Yuventus” və “Mançester Yunayted”dən təklif alıb. Mərkəz hücumçusu axtarışında olan “qırmızı şeytanlar” bu boşluğu Ximeneslə doldurmağı planlaşdırır. “Qoca sinyora” isə ona Qonsalo İquainin layiqli əvəzləyicisi gözü ilə baxır. “Vulverhempton” rəhbərliyi aparıcı forvardını sərfəli qiymətə satmağın əleyhinə deyil.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov hazırda “Vulverhempton”un formasını geyinir.