15:17 18-05-2020
news_image
80
FUTBOL

“Premyer Liqa bərpa olunsa, futbolçular ölə bilər” – həkim

“Çelsi”nin sabiq həkimi Eva Karneyro İngiltərə Premyer Liqasının bərpa olunma variantına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, xanım həkim bunun riskli addım olacağını düşünür.

Karneyro koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın bərpası təqdirində ölüm hadisəsinin yaşana biləcəyini düşünür: “Hazırkı vəziyyətdə rəqabətdən söhbət gedə bilməz. Əvvəlcə öyrənməli və uyğunlaşmalıyıq. Liqa rəhbərliyinin riski gözardı etməsindən çox narahatlıq keçirirəm. Koronavirusdan ölüm riski futbolçularla digər insanlarda eynidir. Durumla bağlı yaranmış maddi problemləri başa düşürəm. Amma mövsümü bərpa etsələr, futbolçular ölə bilər”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının iyunun 12-də bərpa olunması planlaşdırılır.