22:22 18-05-2020
news_image
322
FUTBOL

Futbol dünyasının ən nüfuzlu adamları - ADLAR

Futbol dünyasının ən nüfuzlu adamlarının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, "France Football" nəşrinin araşdırmasına əsasən, PSJ-nin prezidenti Nasser əl-Xelaifi sıralamada birinci yeri tutub.

Eyni zamanda, "beIN Media Group"un rəhbəri olan qətərli iş adamı ən nüfuzlu idman adamı adına layiq görülüb. "Yuventus"un hücumçusu Kriştianu Ronaldo ikinci, FİFA prezidenti Canni İnfantino isə üçüncü olub.

Növbəti pillələrdə Lionel Messi, Neymar, Rahim Sterlinq, Məhəmməd Salah kimi futbolçular, eyni zamanda Yurgen Klopp, Pep Qvardiola və Zinəddin Zidan kimi məşqçilər də yer alıb.