22:44 18-05-2020
news_image
118
FUTBOL

Halandla razılıq əldə olundu - 2022-ci ildə...

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Halandın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, gənc forvardın Bundesliqa təmsilçisində qalacağı dəqiqləşib.

Almaniya təmsilçisi ilə futbolçunun meneceri Mino Rayola arasındakı razılığa əsasən, Haland 2 il komandada qalacaq və yalnız 2022-ci ilin yayında "Real"a keçə biləcək. Norveç millisinin üzvünün sözləşməsində klubu tərk edə bilmək bəndi yoxdur.

Qeyd edək ki, 20 yaşlı oyunçu "Borussiya"ya qış fasiləsində 20 milyon avroya "Zalsburq"dan keçib.