23:53 18-05-2020
news_image
71
FUTBOL

A seriyasının yenidən təxirə salındığını açıqladı - İtaliya Futbol Federasiyası

Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya A seriyasının bərpası növbəti dəfə təxirə düşüb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İtaliya Futbol Federasiyası verib.

Qurum çempionat matçlarının iyunun 14-dək keçirilməyəcəyini açıqlayıb. Federasiyanın belə addım atmasına İtaliya hökumətinin bu gün verdiyi qərar səbəb olub.

Baş nazir Cüzeppe Kontenin imzaladığı sərəncama əsasən, ölkədəki bütün idman tədbirləri iyunun 14-dək dayandırılıb. Bu qərarla razılaşmalı olan federasiya da müvafiq addım atıb.

Hərçənd A seriyası klublarının bu gün fasilədən sonra məşqlərə başlayacağı gözlənilirdi. Çempionatın isə iyunun 13-də bərpa olunacağı proqnozlaşdırılırdı. Hətta Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo bu ehtimalın 99 faiz olduğunu bəyan etmişdi.