00:04 19-05-2020
news_image
141
FUTBOL

"Barselona"ya "yox" dedi - "Yuventus"

"Yuventus"un müdafiəçisi Mattiys de Liqt komandanı tərk etməyəcək.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi gənc futbolçunu saxlamaq qərarına gəlib.

21 yaşlı mərkəz müdafiəçisinə elçi düşən "Barselona" bu keçid üçün 66 milyon funt-sterlinq təklif etsə də, kataloniyalıların istəyi rədd edilib. "Qoca sinyora" ötən il "Ayaks"dan alınan futbolçunu uzun illər saxlamaq niyyətindədir.

Qeyd edək ki, Mattiys de  Liqtlə "Mançester Yunayted" də maraqlanır.