09:05 19-05-2020
news_image
661
FUTBOL

“Qarabağ” onu 500 min avroya transfer edib

Ötən ilin yayında “Qarabağ”a keçən Xayme Romeronun transfer qiyməti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatı Azərbaycan çempionunun 30 yaşlı hücumçu üçün “Kordoba”ya ödədiyi məbləği açıqlayıb.

Bildirilir ki, “Kordoba” klubu 2015-ci ildən bəri yalnız iki oyunçunun transferindən qazanc götürüb ki, onlardan biri də məhz Xaymedir. Ağdamlılar mövsümlərarası fasilədə bu keçidin reallaşması üçün İspaniyanın aşağı liqa təmsilçisinə 500 min avro ödəyib. 
Qeyd edək ki, Xayme Romeronun “Qarabağ”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.