09:35 19-05-2020
news_image
94
FUTBOL

Zorlanmaya görə saxlanıldı və ... - “Çelsi”nin futbolçusu

“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoinin saxlanılma səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, gənc futbolçu təcavüzdə günahlandırılıb.

Hadisə 20 yaşlı oyunçunun evində baş verib. O, evində bir modeli zorlayıb. Gecə saatlarında qadının halı pisləşib, onun zəngindən sonra polis və təcili yardım maşını futbolçunun evinə yollanıb. Xanım xəstəxanaya aparılıbsa, Hadson-Odoi yerindəcə saxlanılıb. Həkimlər vəziyyəti yaxşı olmayan qadının təcavüzə məruz qaldığını söyləyib. Lakin bir müddət sonra futbolçu girov müqabilində sərbəst buraxılıb.

Qeyd edək ki, Kallum Hadson-Odoi mart ayında koronavirusa yoluxduğu üçün karantinə alınıb.