09:52 19-05-2020
news_image
92
FUTBOL

Növbəti mövsüm də tamaşaçısız keçirilə bilər – Premyer Liqada

İngiltərə Premyer Liqasının növbəti mövsümü də tamaşaçısız keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın tibb məsələləri üzrə müşaviri Mark Jillett açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən təkcə cari mövsümün qalan hissəsi deyil, növbəti çempionatı da boş tribunalar önündə keçiriləcəyi gözlənilir: “Aşkar bəllidir ki, 6-12 ay ərzində vəziyyət düzəlməyəcək. İnsanların başa düşməsi vacibdir ki, dəyişiklikləri qəbul etməlidir”.

Qeyd edək ki, Premyer Liqanın iyunun ikinci ongünlüyündə başlayacağı planlaşdırılır.