10:18 19-05-2020
news_image
659
FUTBOL

Vaqif Cavadov, “Bursaspor”... - sürpriz çempionlar

Avropanın sürpriz ölkə çempionları ilə bağlı araşdırma aparılıb.

Apasport.az saytının məlumatına görə, indiyə qədər “köhnə dünya”da 14 komanda gözlənilməz şəkildə liqanın qalibi olub.

Onlar arasında Türkiyə klubu “Bursaspor” da var. Bursa təmsilçisi 2010-cu ildə Türkiyə Super Liqasını birinci pillədə tamamlayaraq, möcüzə gerçəkləşdirib. “Tvente”nin Niderland çempionu olduğu 2010-cu ildə Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov da bu komandanın heyətində yer alıb. Son olaraq isə PAOK-un ötən il Yunanıstan liqasında zirvədə qərarlaşması sürpriz hesab edilib.

Sürpriz çempionlar: “Blekbörn” (İngiltərə - 1995), “Nant” (Fransa - 1995), “Kayzerslautern” (Almaniya - 1998), “Genk” (Belçika - 1999), “Deportivo” (İspaniya - 2000), “Boavişta” (Portuqaliya - 2001) , “Rubin” (Rusiya – 2008, 2009), “Volfsburq” (Almaniya - 2009), “Alkmaar” (Niderland - 2009), “Bursaspor” (Türkiyə - 2010), “Tvente” (Niderland - 2010), “Monpelye” (Fransa - 2012), “Lester” (İngiltərə - 2016), PAOK (Yunanıstan - 2019).