10:35 19-05-2020
news_image
149
FUTBOL

“Yuventus”a keçidə razılıq verdi

İspaniyanın “Barselona” klubunun futbolçusu Jan-Kler Todibo karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Yuventus”a keçidi bu yay rəsmiləşə bilər.

O, artıq Turin təmsilçisinə keçidə razılıq verib. “Barselona” Todoboya 20 milyon avro qiymət qoyub. Lakin bu keçid Miralem Pyaniçin transferi çərçivəsində də reallaşa bilər.

Qeyd edək ki, Todibonu İngiltərə təmsilçisi “Everton” da heyətində görmək istəyir.