12:11 19-05-2020
news_image
75
FUTBOL

“Milan”ın hədəfində serbiyalı qapıçı

İtaliyanın “Milan” klubu heyətinə yeni qapıçı qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Fransanın “Reyms” klubunun futbolçusu Predraq Raykoviçi transfer etmək istəyir.

24 yaşlı serbiyalı əlcək sahibi Milanın eyniadlı təmsilçisində komandadan gedəcəyi gözlənilən Canluici Donnarummanı əvəzləməlidir. Sonuncunun bu yay klubunu dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, ötən mövsüm Liqa1-də 27 oyun keçirən Raykoviç İspaniyanın “Sevilya” klubunun da maraq dairəsindədir.