13:56 19-05-2020
news_image
89
FUTBOL

"Sumqayıt” koronavirus testindən keçir

"Sumqayıt” klubunun futbolçu, məşqçi heyəti və digər əməkdaşları koronavirus (COVID-19) testindən keçir.

Bu barədə apasport.az saytına “kimyaçılar”ın prezidenti Riad Rəfiyev məlumat verib.

Rəfiyev bildirib ki, kollektiv kiçik qruplar şəklində testdən keçirilir. Ancaq testlərin nəticəsi hələ məlum deyil.

Qeyd edək ki, “Qəbələ”dən başqa, Premyer Liqanın bütün klubları koronavirus testindən keçib.