15:01 19-05-2020
news_image
143
FUTBOL

“Keyn yox, Sanço lazımdır” – sabiq “Mançester Yunayted”li

“Mançester Yunayted”in sabiq kapitanı Rio Ferdinand klubun transfer siyasətinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, veteran müdafiəçi “qırmızı şeytanlar”a 3 oyunçunu məsləhət görüb.

O, “Tottenhem”in hücumçusu Harri Keynin isə “mankunianlar”a lazım olmadığını düşünür: “Mançester Yunayted” mövsümün sonunda 3 futbolçunu almalıdır – Ceydon Sanço, Kalidu Kulibali və Saul Niqes. Harri Keynlə maraqlanmaları haqda eşitmişəm. Ancaq hücumçu alınmalıdırsa, Keyn yox, Sanço lazımdır. O, komandaya qeyri-adi güc qata bilər. “Mançester Yunayted”də çatışmayan məhz budur. Əminəm ki, Sanço 7 nömrəli forma altında təzyiqə tab gətirə bilər”.

Qeyd edək ki, Dortmund “Borussiya”sı ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Ceydon Sançonun transfer qiyməti 117 milyon avrodur.