16:33 19-05-2020
news_image
434
FUTBOL

UEFA klublarımıza ödəniş etdi – “Qarabağ”dan başqa

2018/19 mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına vəsait köçürülüb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu cari mövsüm Avropa Liqasının qrupunda mübarizə aparmış “Qarabağ” istisna olmaqla, digər klublara pul ödəyib.

Ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Neftçi" - 15 446.42 avro
"Səbail" - 15 446.42 avro
"Qəbələ" - 15 446.42 avro
"Zirə" - 15 446.42 avro
"Sumqayıt" - 15 446.42 avro
"Sabah" - 15 446.42 avro
"Keşlə" - 15 446.42 avro
 
Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.