16:46 19-05-2020
news_image
179
FUTBOL

Messini Maradonadan üstün tutur – millimizin sabiq baş məşqçisi

“Kayserispor”un baş məşqçisi Robert Prosineçki ən çox bəyəndiyi futbolçunun adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, “Barselona” və “Real”ın formasını geyinmiş xorvatiyalı mütəxəssis Kataloniya klubunun kapitanı Lionel Messini fərqləndirib.

Azərbaycan millisinin keçmiş çalışdırıcısı argentinalını bütün dövrlərin ən yaxşısı hesab edir: “Mənim üçün Messi ən yaxşısıdır. O, illərdir “Barselona” üçün çox dəyişiklik etdi, mümkün olan hər şeyi qazandı, çox qol vurdu və assist etdi. Kimlərsə Maradona və ya Ronaldonu üstün tutur. Onlar çox yaxşı futbolçulardır. Amma mənə görə Messi hamısından yaxşıdır. İnsanlar, demək olar ki, hər şeyi qazanan braziliyalı Ronaldonu və Kriştianu Ronaldonu da xatırlayacaqlar. Ancaq birini seçməli olsam, bu, Messidir”.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib.