22:26 19-05-2020
news_image
141
FUTBOL

Mövsümü başa vurdu - "Borussiya"nın futbolçusu

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys üçün mövsüm başa çatıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan mövsüm bərpa olunsa da, ulduz futbolçu qalan matçlarda iştirak edə bilməyəcək.

Buna səbəb Almaniya millisinin üzvünün zədəsinin hələ də sağalmamasıdır. Artıq üç aydır zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan hücumameyilli oyunçunun sağalma prosesinin uzun sürəcəyi açıqlanıb.

Qeyd edək ki, cari mövsüm 19 görüşdə iştirak edən 30 yaşlı futbolçu 11 qol, 6 assistlə yadda qalıb.